"Qarabağ" - "Ferentsvaroş" oyunu üçün ucuz biletlərin hamısı satılıb

"Qarabağ" - "Ferentsvaroş" oyunu üçün ucuz biletlərin hamısı satılıb
İDMAN
13:25 01.08.2022
331
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək ilk oyun üçün ucuz biletlərin hamısı satılıb.

İyulun 31-də elan edilmiş bilet satışından sonra 5 manat, 10 manat və 20 manat dəyərində olan biletlərin hamısı alınıb.

Yalnız 50 və 75 manat dəyərində olan biletlər satışda qalıb.

Qeyd edək ki, "Qarabağ" – "Ferentsvaroş" oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
 

OXŞAR XƏBƏRLƏR