"Qarabağ"ın Bakıda Macarıstanın "Ferentsvaroş" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri tükənir.
Bu barədə AZXEBER.COM-a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, matç üçün çox az sayda bilet qalıb.
Qeyd edək ki, klubun avqustun 23-də açıqladığı məlumatda 30 minə yaxın bilet satıldığı əksini tapmışdı.
"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Arena 31 200 azarkeş tutumuna malikdir.
Xatırladaq ki, komandalar arasında Macarıstanda gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.