"Qarabağ" - "Frayburq" oyunu başlayıb

İDMAN
21:45 03.11.2022
291
Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb.

AZXEBER.COM xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.

G qrupunun digər görüşündə "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edir.

Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

Qrupda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.
OXŞAR XƏBƏRLƏR