"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşdü

İDMAN
17:14 06.09.2022
313
"Qarabağ" "Frayburq"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu üçün Almaniyaya yollanıb.
 
Komandanı aparan təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb. Zədəli Kevin Medina da kollektivlə birlikdə səfərə gedib.

"Köhlən atlar" təxminən 5 saatlıq uçuşun ardından İsveçrənin Bazel şəhərinə çatacaq. Komanda oradan 60 km uzaqlıqda yerləşən Fraybuq im Breisgau şəhərinə gedəcək.

Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR