Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Gefle" matçının başlama saatı açıqlanıb.
Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 1-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra İsveçdə baş tutacaq.