'Qarabağ gündəliyi' 7-ci sayı çapdan çıxıb

MARAQLI
13:40 17.08.2012
1474
Qarabağ Azadlıq Təşkilatının  nəşr  etdirdiyi “Qarabağ gündəliyi” toplusunun 7-ci sayı çapdan çıxıb.Topluda  cari ilin ilk yarısı ərzində ölkədə və xaricdə  Qarabağla bağlı  baş verən  hadisələr,  keçirilən tədbirlər, ortaya çıxan əsas tendensiyalar əks  olunub, Dağlıq Qarabağ  münaqişəsinin həlli yollarına  dair irəli sürülən təkliflər, ekspert rəyləri, rəsmi və qeyri-rəsmi şəxslərin fikirləri yer alıb.Topluya  daxil edilən materialların içərisində cəbhə xəttində atəşkəsin daha da intensiv şəkildə pozulması və buradan da müharibə ehtimalının  artması, daxili və xarici ekspertlərin yeni müharibənin qaçılmaz olacağı ilə bağlı fikirlərinin daha tez-tez səsləndirilməsi və Azərbaycanın qalib gələcəyinə  üstünlük verilməsi, başlayacaq müharibədə Rusiya  və Türkiyə  amillərinə  diqqətin artmasına dair faktlar çoxluq təşkil edir.Toplu pulsuz olaraq dövlət orqanlarına , ictimai siyasi qurumlara, kitabxanalara və digər yerlərə paylanır. Toplunun elektron versiyası www.karabakh-doc.azerall.info saytında yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR