Qarabağ həqiqətlərinə dair internet saytının təqdimat mərasimi keçirilib FOTO - VİDEO

Qarabağ həqiqətlərinə dair internet saytının təqdimat mərasimi keçirilib FOTO - VİDEO
SİYASƏT
11:01 23.09.2015
1020
Bu gün Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə” İctimai Birliyi tərəfindən hazırlanmış www.DailyKarabakh.com internet saytının təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, tədbirdə sayt haqqında video-rolik nümayiş etdirilib. Məlumat verilib ki, sayt Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmaq missiyası daşıyır. Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud durumu ilə bağlı materiallar yerləşdiriləcək, konfliktin nizamlanması istiqamətində atılan addımlar geniş şəkildə işıqlandırılacaq. Əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulmuş bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə, məqalələrinə yer veriləcək.
Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Qarabağın işğalı bir gün də olsun diqqətdən kənarda qalmamalıdır: “Burada təbii ki, əsas güc dövlətimizin üzərinə düşür. Bu gün dünya dəyişib və artıq Ermənistanda olan cinayətkar rejimi hamı tanıyır. Bunların ifşa olunmasında Prezident İlham Əliyevin xidmətləri böyükdür. Ölkə başçısının tapşırığına uyğun olaraq, Şuranın fəaliyyətinin əsas xəttini Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edir. Dağlıq Qarabağ probleminin həllinə vətəndaş cəmiyyətinin töhfəsi böyükdür. Mən çox sevinirəm ki, bu sayt bir neçə dildə fəaliyyət göstərəcək və bu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayacaq”.
Qarabağ münaqişəsi başlayandan indiyədək Azərbaycanın informasiya blokadasından çıxmaq üçün böyük işlər gördüyünü deyən Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər üzrə Şöbəsinin sektor müdiri Elman Paşayev isə belə bir saytın yaranmasını yüksək dəyərləndirib: “6-7 ay bundan əvvəl biz Qarabağ haqqında saytların monitorinqini apardıq və məlum oldu ki, bu saytlar müəyyən dövrdən sonra fəaliyyətlərini dayandırır. Buna səbəb isə maliyyə mənbəyinin zəifliyi olub. İndiyədək Qarabağla bağlı informasiyalar yalnız ayrı-ayrı saytların tərkibində yaradılıb. İndi isə Qarabağ haqqında ayrıca bir saytın yaradılması çox sevindirici haldır. Burada yerləşdirilən materialların təsirli olması, xarici ekspertlərin məqalələrinin yer alması vacibdir. İnanıram ki, biz Azərbaycanın haqq işini dünyaya çatdırmaqda bu saytın işindən də yararlanacağıq”.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov isə Qarabağla bağlı son 10 ildə böyük işlər görüldüyünü qeyd edib. O, Qarabağın tezliklə azad olunacağına ümid etdiyini və Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində ölkənin iflasa uğradığını diqqətə çatdırıb.
Millət vəkili Bəxtiyar Əliyev deyib ki, Azərbaycana qarşı aparılan informasiya blokadasının bariz nümunəsi Avropa Parlamentinin ölkənin əleyhinə qəbul etdiyi qətnamələrdən görünüb: “Təbii ki, informasiya blokadasından çıxmaq üçün belə saytların olması çox vacibdir. Çünki bu müharibə həm də informasiya müharibəsidir”.
“Düşüncə” İctimai Birliyinin sədri, saytın rəhbəri Emil Hüseynli isə çıxışında bildirib ki, saytın yaranmasının əsas məqsədi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır: “Saytın fəaliyyəti zamanı Avropa ekspertərinin məqalələri, açıqlamalarından istifadə olunacaq. Bu işin məsuliyyətini dərk etmişik və anlayıram ki, bu sayt vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdıracağıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi
10:10 25.05.2025
İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi
Bu gün imtahandır - Xankəndidə ilk
10:09 25.05.2025
Bu gün imtahandır - Xankəndidə ilk
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib