“Qarabağ” - HİK oyununu yayımlayacaq telekanal müəyyənləşdi

İDMAN
13:57 07.08.2023
163
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Qarabağ” (Azərbaycan) - HİK (Finlandiya) ilk matçını yayımlayacaq telekanal müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, oyunu "İdman TV” izləyicilərə təqdim edəcək.

Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR