“Qarabağ” italiyalı hücumçu uğrunda mübarizədə favoritdir

İDMAN
18:44 19.01.2023
465
"Qarabağ” İtaliyanın "Audako Çerinyola” komandasının futbolçusu Cankarlo Malkore uğrunda mübarizədə favoritdir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı hücumçu ölkəsində SPAL, "Modena”, Kiprin "Apollon” (Limassol), APOEL və Rumıniyanın ÇFR klublarının maraq dairəsində olmasına baxmayaraq, Azərbaycan çempionu transfer danışığında bir addım öndədir.

"Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəni davam etdirməsi də italiyalı forvardın qərarına təsir göstərə bilər.

Qeyd edək ki, "Leççe”nin yetirməsi olan Cankarlo Malkore 2020-ci ildən formasını geyindiyi C seriyası təmsilçisi "Audako Çerinyola”da 50 oyun keçirib, 40 qol vurub.
OXŞAR XƏBƏRLƏR