"Qarabağ" - "Kopenhagen" oyununun hakimləri açıqlandı

"Qarabağ" - "Kopenhagen" oyununun hakimləri açıqlandı
İDMAN
17:45 26.09.2025
249
UEFA Gənclər Liqasının əsas mərhələsinin II turunda Bakıda "Qarabağ"la Danimarkanın "Kopenhagen" komandası arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, qarşılaşma Belarusdan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Amin Kurqxeli olacaq. Ona yan xətt hakimləri Yuri Xomçanka və Viktor Qeçikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, oyun sentyabrın 30-da "Azersun Arena"da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR