"Qarabağ" ÇL-də ilk mərhələni keçsə bu iki klubdan biri ilə görüşəcək

İDMAN
14:17 21.06.2023
298
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

AZXEBER.COM xəbər verir ki, "Köhlən atlar" "Linkoln”u (Cəbəllütariq) məğlub edərək növbəti tura keçdiyi təqdirdə Polşanın "Rakuv” və Estoniyanın "Flora” klubları arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR