“Qarabağ” – “Linfild” görüşünün biletləri satışda

“Qarabağ” – “Linfild” görüşünün biletləri satışda
İDMAN
17:42 21.08.2019
3473
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ”ın "Linfild”lə keçirəcəyi cavab görüşünün biletləri satışa çıxarılıb.
 
AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, həmçinin satış məntəqələri də açıqlanıb.

Şimali İrlandiya təmsilçisi ilə baş tutacaq qarşılaşmanı izləmək istəyən azarkeşlər sektorlar üzrə 2, 5, 10 və 50 manatlarından keçməli olacaqlar.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və İticket.az-dan (onlayn) almaq mümkün olacaq.

Qeyd edək ki, avqustun 29-da keçiriləcək cavab görüşü saat 20:00-da başlayacaq. İlk oyun isə sabah Belfastda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR