“Qarabağ” – “Linkoln” görüşünün hakimləri açıqlandı

İDMAN
09:27 18.07.2023
227
Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək oyunların hakimləri açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, "Qarabağ”ın "Linkoln”la oyunu albaniyalı hakimlər idarə edəcək.

İyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda baş hakim Eldorjan Hamitinin köməkçiləri Ridiger Çokaj və Ani Koçiaj olacaq.

Dördüncü hakim funksiyasını   Kreşnik Cjapi yerinə yetirəcək. 
Qeyd edək ki, Cəbəllütariqdə keçirlmiş ilk oyunda "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.
OXŞAR XƏBƏRLƏR