“Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” adlı genişmiqyaslı festivalının açılışı oldu

“Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” adlı genişmiqyaslı festivalının açılışı oldu
SOSİAL
15:16 31.05.2026
679

29 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Qeyd-Sosial Maarifləndirmə”İctimai Birliyinin birgə təşkilatçılığı ilə İçərişəhərdə "Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” adlı genişmiqyaslı festivalın açılış mərasimi baş tutub. 

Festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də bölgənin mədəni potensialının geniş ictimaiyyətə təqdim olunmasıdır. Tədbir çərçivəsində Qarabağ sərgisi, canlı musiqi proqramları, ənənəvi sənətkarlıq nümunələri, milli mətbəx təqdimatları və ustad dərsləri təşkil olunub.
Rəsmi açılış mərasimində ilk olaraq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud çıxış edib. O, Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, bu cür festivallar mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra "Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyin baş katibi Aysel Tahirova festivalın əsas ideyasının Qarabağın hər rayonunun öz səsi, sənəti və mədəni kimliyi ilə tanıdılması olduğunu bildirib:
"Məqsədimiz Qarabağın zəngin mədəni xəritəsini bir platformada təqdim etmək, milli irsimizi daha geniş auditoriyaya çatdırmaq və bu dəyərləri gələcək nəsillərə sevdirməkdir.”
Rəsmi hissənin davamında Milli Məclisin deputatları Günay Əfəndiyeva, Nigar Arpadarai, Hikmət Babaoğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Pərvanə Vəliyeva, Azər Allahverənov festivalın Qarabağın mədəni irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edərək layihənin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.
Festival bədii proqram və konsert çıxışları ilə davam edib. Tədbir iştirakçıları Qarabağın müxtəlif rayonlarına məxsus mədəniyyət nümunələri, milli musiqi və sənətkarlıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
 
























OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
19:34 22.07.2026
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?