"Qarabağ məsələsi adı altında bu mitinqi təşkil edənlərin məqsədləri başqadır"

"Qarabağ məsələsi adı altında bu mitinqi təşkil edənlərin məqsədləri başqadır"
Siyasət
13:07 01.10.2018
3518
Azərbaycan dövləti Ermənistanın işğalçı siyasəti nəticəsində meydana çıxmış Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində qətiyyətli mövqeyini və siyasətini davam etdirir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu fikri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar zəruri addımlar atılır: "Danışıqlar prosesində Azərbaycanın prinsipial mövqeyi birmənalı şəkildə ifadə edilir. Azərbaycan dövləti bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqət mərkəzində saxlayır. Bununla yanaşı, Azərbaycan Ordusunun gücləndirilməsi - ölkəmizin hərbi qüdrətinin daha da artırılması istiqamətində məqsədyönlü fəaliyyət uğurla davam etdirilir. Paytaxt Bakıda keçirilən son iki möhtəşəm hərbi parad ən müasir silahlarla təchiz edilmiş Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Digər tərəfdən, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə veteranlarına, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi Azərbaycan iqtidarının Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə və onun nəticələrinin aradan qaldırılmasına olan münasibətini əks etdirir. Bütövlükdə isə, Azərbaycan iqtidarı və xalqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sıx birlik nümayiş etdirir".

YAP İcra katibinin müavini vurğulayıb ki, Azərbaycan cəmiyyətində heç bir nüfuza və dəstəyə malik olmayan bəzi "siyasi oyunbazlar" Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini manipulyasiya predmetinə çevirərək öz maraqlarını təmin etməyə çalışırlar: "Həmin şəxslərin Qarabağ məsələsi adı altında idman meydançasında mitinq keçirməklə "siyasi şou" təşkil etməsi bunun bariz nümunəsidir. İdman meydançasında keçirilən hər hansı bir mitinq vasitəsilə Dağlıq Qarabağ problemi ilə bağlı münasibət formalaşdırmaq olmaz. Zatən, Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin həllini, işğal altında olan torpaqlarımızın azad olunmasını istəyir. Bu, ümummilli məsələdir və bütün Azərbaycan xalqı bu məsələdə vahid mövqedədir. Amma görünür, Qarabağ məsələsi adı altında bu mitinqi təşkil edənlərin məqsədləri başqadır. Onlar öz ətrafında adam toplaya bilmədikləri üçün hər bir vətəndaşımızı düşündürən və Azərbaycan xalqının taleyüklü məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən öz maraqlarını təmin etmək üçün istifadə etməklə yanaşı, bununla düşmən dəyirmanına da su tökmüş olurlar. Hətta həmin qruplar Avropadan, başqa yerlərdən çağırışlar edirlər. Əslində isə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı Azərbaycanda mitinq keçirməyə ehtiyac yoxdur, çünki Azərbaycan xalqı işğal olunmuş ərazilərimizin azad edilməsini istəyir. Əgər bu insanları Dağlıq Qarabağ probleminin həlli bu qədər maraqlandırırsa, o zaman onlar Avropa küçələrində, Ermənistan səfirliklərinin, beynəlxalq təşkilatların qarşısında nümayiş keçirsinlər, Xocalı soyqırımı ilə bağlı müxtəlif təbliğat materialları yaysınlar, etirazlarını bildirsinlər. Lakin biz tam əksini müşahidə edirik. Milli maraqlara zidd mövqedə duran həmin şəxslər xaricdə Azərbaycan əleyhinə iş aparırlar, ölkə daxilində isə Dağlıq Qarabağ məsələsini qaldırırlar. Bu, onların fəaliyyətinin və təşəbbüslərinin əsl məqsədini ortaya qoyur".

"Qarabağla bağlı çağırış edən mitinq təşkilatçıları övladlarını xaricdə saxlayaraq hərbi xidmətə göndərməyiblər. Əgər bir şəxs Qarabağla bağlı çağırış etmək istəyirsə, ilk növbədə, öz övladını gətirərək təqdim edər və deyər ki, müharibə başlayarsa, övladı Vətənin müdafiəsi üçün müharibədə iştirak edə bilər. Yalnız bundan sonra sözügedən şəxslərin xalq qarşısında Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa fikir irəli sürməyə mənəvi haqqı olar. Onlar müxtəlif siyasi məqsədlərə xidmət edən və bununla xalqın heysiyyəti ilə oynamağa cəhd göstərən insanlardır. Deyirlər ki, guya mitinqə gəlməyən Qarabağı istəmir. Bu, olduqca yanlış və məntiqsiz fikirdir. Qarabağla bağlı mitinq kiçik bir idman meydançasına sığan yığıncaq ola bilməz. Qarabağ mitinqi bütün Azərbaycandır, bütün xalqdır, dünya azərbaycanlılarıdır. Təkcə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sıralarında yüz minlərlə insan birləşib. Ona görə də bu cür bəhanələrdən istifadə edərək Qarabağ adı altında öz çirkin məqsədlərini təmin etmək istəyən insanların çağırışlarına heç kəs uymayacaq. Azərbaycan vətəndaşları reallıqları görür və dəyərləndirir",-deyə S. Novruzov əlavə edib.

YAP İcra katibinin müavini onu da diqqətə çatdırıb ki, istənilən insan Qarabağla bağlı mətbuatda, televiziyada, sosial şəbəkələrdə və müxtəlif informasiya resurslarında fikir bildirə bilir. Biz bunu xüsusilə Azərbaycan Ordusunun Aprel döyüşləri və Naxçıvan əməliyyatında düşmənin təxribatçı hərəkətlərinə layiqli cavab verməsi və mühüm qələbə qazanması zamanı da müşahidə etdik. Belə olan halda, bəzi "siyasi oyunbazlar"ın "Qarabağ mitinqi" adı altında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə deyil, şəxsi münasibətlərini aydınlaşdırmağa həsr etdikləri, öz maraqlarını təmin etmək üçün vasitəyə çevirdikləri mitinq keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən haqlı narazılıq və etirazla qarşılandı. Digər tərəfdən, vaxtilə "Qarabağ kartı" ilə hakimiyyət uğrunda çirkin mübarizə aparanların, Azərbaycanın strateji baxımdan əlverişli rayonlarını, Laçını, Şuşanı və Kəlbəcəri satanların, Xocalı soyqırımından hakimiyyətə gəlmək üçün istifadə edənlərin, dövlət çevrilişlərində iştirak edənlərin, Azərbaycanda hərc-mərcliyin - xaosun yaranmasına cəhd göstərənlərin mitinqdə iştirakı olduqca gülünc və paradoksaldır. Həmin şəxslər mitinqdə Qarabağ məsələsini manipulyasiya vasitəsinə çevirərək Azərbaycan hakimiyyətini ittiham edən, üstəlik, mitinqin mövzusuna aidiyyatı olmayan absurd fikirlər səsləndirdilər. Onlar guya Qarabağ məsələsi üçün toplaşmışdılar amma "Qarabağ kartı" vasitəsilə olmayan nüfuzlarını artırmaq məqsədilə Azərbaycan dövləti və iqtidarı əleyhinə fikirlər ifadə etməklə mitinqi primitiv "siyasi şou"ya çevirdilər. Əlbəttə, Azərbaycan cəmiyyəti bu cür antimilli şəxslərin xalqımızın və dövlətimizin mənafeyinə zidd fikirlərini, mövqeyini ikrah hissi ilə qarşılayır. Azərbaycan vətəndaşları bu şəxslərin əqidəsinə, xalqa və dövlətə münasibətinə yaxşı bələddir. Belələri konkret olaraq Dağlıq Qarabağ probleminin həlli məsələsində ermənilərlə eyni mövqedən çıxış edirlər, erməni təbliğat maşınının absurd tezisləri və iddialarını səsləndirirlər. Əgər belə olmasaydı, mitinqdə onların ittiham xarakterli fikirlərinin ünvanı - hədəfi Azərbaycan dövləti və hakimiyyəti deyil, bilavasitə təcavüzkar Ermənistan olardı. Onlar bu məsələdə torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistanı yox, Azərbaycan dövlətini və iqtidarını hədəfə çevirməyə çalışmaqla milli maraqlara zidd mövqedə olduqlarını bir daha nümayiş etdirdilər".

"Bütövlükdə, Azərbaycan xalqının mövqeyini və iradəsini əks etdirməyən bu "siyasi şou" xarakterli mitinqdə səsləndirilən pafoslu fikirlər tamamilə reallıqlardan uzaq idi. Bəzi "siyasi oyunbazlar" çıxışlarında Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan iqtidarını və dövlətini hədəfə almaqla konkret siyasi məqsədlər güddüklərini nümayiş etdirdilər. Beləliklə, bir daha aydın oldu ki, bu, müxtəlif siyasi məqsədlərə xidmət edən və Dağlıq Qarabağ məsələsindən manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışan bir qrup "siyasi oyunbaz"ın təşkil etdiyi mitinqdir", - S.Novruzov bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev, Tramp və Paşinyanın imzaladıqları Birgə Bəyannamənin - Tam mətni
01:03 09.08.2025
İlham Əliyev, Tramp və Paşinyanın imzaladıqları Birgə Bəyannamənin - Tam mətni
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
00:55 09.08.2025
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"