“Qarabağ məsələsini həll etmək üçün üç nəsil dəyişməlidir”

“Qarabağ məsələsini həll etmək üçün üç nəsil dəyişməlidir”
SİYASƏT
10:35 06.09.2019
4138
"Qarabağ münaqişəsi "üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir”. Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir”.

AZXEBER.COM-un məlumatına görə, bunu virtualaz.org-a açıqlamasında Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin müşaviri, tarixçi və siyasətçi Sergey Stankeviç deyib.

Stankeviç bildirib ki, zamanla müzakirələrin emosionallığı azalmalıdır, ancaq nəsil dəyişikliyindən sonra da tərəflər barışıq formulunu tapmalı olacaqlar.

"Üçüncü ölkələr, o cümlədən Rusiya iki münaqişə tərəfinin barışmasına və özlərinə uyğun bir razılaşmaya gəlmələrinə təminatçı kimi çıxış etməklə kömək edə bilərlər. Nifrətin nəsildən-nəslə ötürülməsi fikrimcə, pis, bəzi hallarda isə cinayətdir ”, - tarixçi əmindir.

Moskva, Stankeviçin fikrincə, tərəflərin barışmasında müsbət rol oynaya bilər: "Həm Bakı, həm də Yerevanla əla münasibətlərimiz var və düşünürəm ki, tərəflər sülh təşəbbüslərimizə qarşı çıxmayacaqlar".

Bəs "Moskva zəmanət verə bilərmi ki, onun sülhməramlıları münaqişənin iştirakçısı olmayacaqlar, necə ki, bu Cənubi Osetiyada oldu” sualına cavab olaraq bildirib ki, "onda müəyyən bir insanın konkret avantürası var idi”.

"Düşünürəm ki, dünyada hər kəs Rusiyanın öz sülhməramlılarına qarşı təxribatlara, kimin tərəfindən edilməsindən asılı olmayaraq, heç vaxt yol verməyəcəyinə dair bir dərs aldı. Üstəlik, tərəflər razılığa gəlsələr, Türkiyə sülhməramlı əməliyyatda iştirak edə bilər, xüsusən də nəzərə alsaq ki, Moskva ilə Ankara arasındakı münasibətlər yalnız genişlənəcək. Bundan başqa, tamamilə mümkündür ki, Türkiyə NATO-nu tərk edəcək", - deyə Stankeviç vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu