“Qarabağ” Milanda ilk məşqinə çıxdı - FOTOLAR

İDMAN
00:39 01.10.2014
1223

Komandamızın heyətində zədəli olan Danilo Dias və Çumbinyo İtaliyaya gətirilməyib.

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə “İnter”lə qarşılaşacaq “Qarabağ” bu gün İtaliyada ilk məşqinə çıxıb.

AZXEBER.COM-un klubun saytına istinadən verdiyi xəbərə görə, dünən çarter reysi ilə birbaşa Milana gələn Ağdam təmsilçisi həmin günü istirahətlə keçirib, bugün isə yeganə məşqlə kifayətlənib.

“Qarabağ”ın heyətində zədəli olan Danilo Dias və Çumbinyo İtaliyaya gətirilməyib, digər futbolçular isə komanda ilə birlikdədir. Qurban Qurbanovun yetirmələri yerli vaxtla saat 12:00-da məşqə çıxıb, hazırlıq 90 dəqiqə davam edib.

Sabah komandamız oyun öncəsi son məşqinə çıxacaq. Məşq oyunun keçiriləcəyi meydanda yerli vaxtla 19:30-da, Bakı vaxtı ilə isə 22:30-da baş tutacaq.

OXŞAR XƏBƏRLƏR