""Qarabağ" - MOİK oyununun Xankəndidə keçirilməsi tarixi ədalətin bərpasıdır" - Deputat

""Qarabağ" - MOİK oyununun Xankəndidə keçirilməsi tarixi ədalətin bərpasıdır" - Deputat
SOSİAL
15:37 21.12.2023
426
Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək "Qarabağ” - MOİK matçı başlayıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionda çıxış edib. 

Sonra "Qarabağ” - MOİK oyununa Prezident İlham Əliyevin topa ilk toxunuşu ilə start verilib.

Bəs bu matçın Xankəndidə keçirilməsinin əhəmiyyəti nədir? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Xankəndində "Qarabağ futbol komandası ilə "MOİK”  arasında kubok yarışının keçirilməsi tarixi ədalətin bərpa edilməsidir:

"Azərbaycan öz haqqını bərpa etdi, öz suverənliyini tam olaraq bərqərar etmiş oldu. İşğaldan azad olunmuş bütün torpaqlarımızda quruculuq, abadlıq işləri sürətlə həyata keçirilir. Azərbaycan dövləti bu ərazilərə həyatın geri qaytarılması üçün bütün bu yerin sahiblərini, keçmiş məcburi köçkünlərin dədə-baba yurdalarına qaytarılmasını təmin edir. Birbaşa olaraq bu Cənab Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilməkdədir. Xankəndində "Qarabağ” futbol komandası ilə "MOİK” arasında kubok yarışının keçirilməsi mən düşünürəm ki, tarixin bərpa  edilməsidir. Vaxtilə "Qarabağ" öz ev oyunlarını burada keçirirdi. "Qarabağ" uzun illər idi ki, Ağdamda və Qarabağ ərazilərində bu oyunu keçirə bilmirdi. Hal-hazırda Ağdam şəhəri yenidən qurulub tikilir. Orada da məhz "Qarabağ” futbol komandasına məxsus bir stadion olacaq və "Qarabağ” orda ev oyunları keçirəcəkdir. Bu oyun 2023-cü il üçün yadda qalan bir tarixi hadisə olacaq”.

Deputat qeyd edib ki, "Qarabağ" gələcəkdə Çempionlar Liqası oyunlarını da Xankəndidə keçirə bilər: 

"Biz Heydər Əliyev ili çərçivəsində suverenliyimizi məhz sentyabr ayının 19-də keçirilən antiterror  tədbirləri  nəticəsində tam olaraq bərpa etmiş  olduq. Məhz bu oyunu keçirməklə biz haqq-ədalət tam olaraq yerini tutacaq. Azərbaycan futbolu məhz Qarabağa, Xankəndinə qayıtmış olacaq. Bu gündən sonra da mən düşünürəm ki,  Qarabağ yaxın gələcəkdə hətta  beynəlxalq  yarışlarda ev sahibliyi ilə  bunu edə biləcək. Gələcəkdə ola bilər ki, UEFA çərçivəsində keçirilən  Çempionlar Liqasında keçirilən oyunlarda da Qarabağ gələcəkdə Xankəndində, Qarabağda təşkil etsin və oynasın.Nəticə etibarilə bu cür  beynəlxalq yarışların və idman yarışlarının Qarabağda keçirilməsi mən düşünürəm ki, ümumilikdə bu  ərazilərə köç prosesini və bu ərzailərin tamamilə  Azərbaycana inteqrasiya prosesini sürətləndirməyə bir töhfə vermiş olar”.

Nəzrin Cəbiyeva
OXŞAR XƏBƏRLƏR