"Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur" - Anar Kərimov

"Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur" - Anar Kərimov
SOSİAL
11:34 02.06.2023
233
"Həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur".

AZXEBER.COM xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mənzil təminatı proqramı hər iki müharibə iştirakçıları üçün paralel həyata keçirilir.

Nazir müavini həmçinin avtomobil təminatı proqramının da uğurla həyata keçirildiyini xatırladıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR