Bu gün futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları baş tutub.AZXEBER.COM-un məlumatına görə, ölkəmizi bu turnirdə yeganə təmsilçisi olan Ağdamın "Qarabağ" klubu ilk dəfə olaraq Çempionlar Liqasında mərhələ keçib. Doğma meydanda Maltanın “Valletta” klubunu qəbul edən komandamız, rəqibi üzərində 4-0 hesablı qələbə qazanıb. Oyunda qolları rəqib qapısından 15-ci dəqiqədə Reynaldo, 48-ci dəqiqədə Çumbinyo, 80-ci dəqiqəsində Leroy George, 56-cı dəqiqədə Danilo Leandro Dias, 80-cı dəqiqədə isə Leroy George keçirib.Qeyd edək ki, "Qarabağ" səfərdə keçirilən ilk oyunda da rəqibi üzərində 1:0 hesablı qələbə qazanmışdı.