“Qarabağ” “Olimpiya” ilə oyun üçün Sloveniyaya getdi

İDMAN
12:24 23.08.2023
169
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Olimpiya”nın qonağı olacaq "Qarabağ” Sloveniyaya yola düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bu gün komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı və "atlılar”ın açıq məşqi nəzərdə tutulub.

Qeyd edək ki, sabah Lyublyananın "Stojitse” stadionunda keçiriləcək "Olimpiya” - "Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

OXŞAR XƏBƏRLƏR