“Qarabağ” oyununun biletləri “qara bazar”da - FOTO

İDMAN
19:45 18.09.2014
1474
Əl altından bilet satan işbazlar.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Sent-Etyen” (Fransa) oyununun başlama vaxtı yaxınlaşdıqca, “qara bazar”da da alver qızışır.
AZXEBER.COM-un komanda.az-a istinadən məlumatına görə, matçın başlamasına bir neçə saat əvvəl Tofiq Bəhramov adına Respublika stadionunun ətrafındakı “qara bazar”da şıdırğı alver gedir.
Sizə təqdim etdiyimiz fotolarda kassadan bilet almaq istəyənlərlə yanaşı, əl altından bilet satan işbazları da görə bilərsiz.
OXŞAR XƏBƏRLƏR