"Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili ilə müqavilə imzalayıb.
AZXEBER.COM xəbər verir ki, 22 yaşlı futbolçu Polşanın "Yaqelloniya” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.
Quqeşaşvilinin "Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti Ağdam klubuna məxsusdur.
Transfer qiyməti 450 min avro kimi dəyərləndirilən Luka Quqeşaşvili ölkəsində Tbilisi "Dinamo”sunda, "Dila”da oynayıb, Polşanın "Yaqelloniya”, "Podlasye” və İspaniyanın "Rekre Qranada” klublarında legioner həyatı yaşayıb. O, sonuncu dəfə "Dila”da icarə əsasında çıxış edib.
Qeyd edək ki, əsas qapıçı Şahruddin Məhəmmədəliyev zədəli olduğundan, "Qarabağ” bu transferə ehtiyac görüb.