"Qarabağ münaqişəsi sülh yolu ilə deyil, yalnız müharibə yolu ilə tam həll oluna bilər".
Bu sözləri rus politoloq Aleksandr Xramçixin bildirib. "Ya Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayıb ərazilərə nəzarəti ələ keçirməlidir. Ya da bunun əksi ola bilər", - deyə Xramçixin bildirib.
Rus politoloq Ermənistan və Azərbaycanın hərbi potensialını da müqayisə edib: "Sözsüz ki, Azərbaycanın hərbi gücü çox böyükdür və onlar getdikcə öz hərbi qüdrətlərini artırırlar".