"Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə imzalanmış yeni müqavilənin detallarını açıqlayıb.
AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperin sözləşməsinin müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ”da çıxış edir.
O, Azərbaycan millisinin də əsas qapıçısıdır.
Qeyd edək ki, daha əvvəl klub qapıçı ilə anlaşmanın müddətini uzatdığını elan etsə də, detalları açıqlamamışdı.