“Qarabağ” qapıçısı ilə yeni müqavilənin detallarını açıqladı - FOTO

İDMAN
23:49 10.01.2023
384
"Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə imzalanmış yeni müqavilənin detallarını açıqlayıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperin sözləşməsinin müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ”da çıxış edir.

O, Azərbaycan millisinin də əsas qapıçısıdır.

Qeyd edək ki, daha əvvəl klub qapıçı ilə anlaşmanın müddətini uzatdığını elan etsə də, detalları açıqlamamışdı.
 

 


OXŞAR XƏBƏRLƏR