Qarabağ qazisi koronavirusdan vəfat etdi

Qarabağ qazisi koronavirusdan vəfat etdi
SOSİAL
14:36 22.09.2021
402
Qarabağ qazisi koronavirusdan vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat yayıb.

O, bildirib ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri Nizami Təhməzov dünyasını dəyişib.

Qeyd edək ki, N.Təhməzov Birinci Qarabağ Müharibəsində yaralanaraq sağ qolunu itirib. Onun həyat yoldaşı da bir müddət öncə koronavirusdan vəfat edib.
OXŞAR XƏBƏRLƏR