AZXEBER.COM-un məlumatına görə, Azərbaycan kubokunun1/4 final mərhələsində “Qəbələ”ylə qarşılaşacaq “Qarabağ” artıq eyniadlı rayondadır. Premyerliqanın final mərhələsinin ilk turunda `Xəzər-Lənkəran`ı məğlub edən ağ-qaralar Bakıya qayıtmayıb. Dünən səhər Quzanlıda məşq edən “Qarabağ” axşam Qəbələyə yollanıb. “Qarabağ” bu gün oyunun keçiriləcəyi meydanda 1 saatlıq məşq keçəcək.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu martın 14-ü saat 14:00-da keçiriləcək.
Ozal İbrahimli