"Qarabağ" "Qəbələ"nin yarımmüdafiəçisi ilə müqavilə imzalayıb - RƏSMİ

"Qarabağ" "Qəbələ"nin yarımmüdafiəçisi ilə müqavilə imzalayıb - RƏSMİ
İDMAN
17:06 09.01.2019
4005
"Qarabağ" klubu "Qəbələ"nin futbolçusu Hacıağa Hacılı ilə müqavilə imzalayıb. 

AZXEBER.COM klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi mövsümün əvvəlindən komandada icarədə olan 21 yaşlı yarımmüdafiəçinin transfer hüququna tam yiyələnib. Onunla 4 illik anlaşma əldə olunub.

Qeyd edək ki, Hacıağa Hacılı "Qəbələ"nin yetirməsidir.
OXŞAR XƏBƏRLƏR