"Qarabağ" qrup mərhələsindən də çıxa bilər - "Şerif"in baş məşqçisi

"Qarabağ" qrup mərhələsindən də çıxa bilər - "Şerif"in baş məşqçisi
TOP4
23:45 30.08.2018
7905
"Şerif"in baş məşqçisi Qoran Sabliç "Qarabağ"a uduzduqları oyun haqda fikirlərini bildirib.

AZXEER.COM bildirir ki, o, görüşdən sonra çıxdığı mətbuat konfransında bunları bildirib:

"Məğlubiyyətimizdə "Qarabağ"ın möhtəşəm oyunu böyük rol oynadı. Üstəlik, ilk oyundakı keyfiyyəti ortaya qoya bilmədik. Rəqibin yaxşı top saxlama keyfiyyəti var. Bu da qarşı tərəfi özündən çıxarır.

Qurban Qurbanov oyundan sonra mənə xüsusi söz demədi. Sadəcə, mənə təsəlli verdi və mən də onu təbrik etdim.

Məncə, "Qarabağ" bu potensialla qrup mərhələsindən də çıxa bilər. Bu komandaya Avroliqanın qrupunda uğurlar arzulayıram".
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR