"Qarabağ”- “Rakov” matçının biletləri satışa çıxarılır

İDMAN
06:36 25.07.2023
196
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ” -  "Rakov” cavab matçının biletləri satışa çıxarılır. 

AZXEBER.COM xəbər verir ki, biletlər bu gün saat 14:00-dan satışa çıxarılacaq.

Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri:

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopu.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 26-da Polşada olacaq.
OXŞAR XƏBƏRLƏR