"Qarabağ" rəsmisi: "Qurban Qurbanov necə deyirsə, elə də olacaq"

"Qarabağ" rəsmisi: "Qurban Qurbanov necə deyirsə, elə də olacaq"
İDMAN
20:56 24.08.2022
423
"Baş məşqçi necə deyirsə, elə də olacaq".
 
AZXEBER.COM xəbər verir ki, bunu "Qarabağ"ın direktoru Əmrah Çəlikəl jurnalistlərə müsahibəsində deyib.

O, transferlər barədə danışarkən baş məşqçi Qurban Qurbanovun fikrinin önəmli olduğunu bildirib: "İndiyədək də belə olub. Bu, məsuliyyətdən qaçmaq yox, baş məşqçimizə olan inamımızı göstərmək üçündür. Klub rəhbərliyi sonunadək onun arxasındadır. Gücümüz birliyimizdədir. 9 il ardıcıl avrokubokların qrupunda yer almaqla Azərbaycanı şərəfli şəkildə təmsil edirik. Bu, bizim birliyə olan inam və etibarın nəticəsidir".
OXŞAR XƏBƏRLƏR