"Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb

"Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb
İDMAN
19:53 18.07.2025
356
"Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son üç mövsümdə icarə əsasında "Zirə”də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin yanvarında "Qarabağ”a keçən Rüstəm Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.
OXŞAR XƏBƏRLƏR