"Qarabağ" Şahruddin Məhəmmədəliyevlə müqavilə bağladı - RƏSMİ

İDMAN
12:45 18.07.2024
253
"Qarabağ" klubu Şahruddin Məhəmədəliyevlə müqavilə bağlayıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin "Adana Demirspor” klubunun formasını geyinən futbolçumuz 2025-ci ilin yayına qədər komandamızda çıxış edəcək.

Məhəmmədəliyev 2016-24-cü illərdə komandanın formasını geyinib. O, 2024-cü ilin yayında "Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Şahrudin komandamızda 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, klubumuzun yeni qapıçısı Azərbaycan milli komandasında 29 oyun keçirib.

OXŞAR XƏBƏRLƏR