“Qarabağ” sensasiyaya imkan vermədi

İDMAN
02:45 23.07.2015
1454

Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro təmsilçisi “Rudar”la cavab oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, öz meydanında keçirilən ilk görüşdə qolsuz heç-heçəyə imza atan Ağdam klubu bu dəfə səfərdə rəqibi ilə münasibətlərə aydınlıq gətirib.

Oyuna istəkli başlayan “Qarabağ” ilk dəqiqələrdən hücuma atıldı. Ancaq Ağdam təmsilçisinin bütün cəhdlərinə baxmayaraq ilk yarıda hesabı açmaq mümkün olmadı.

İkinci hissə də eyni ssenari ilə başladı. Hücum edən “Qarabağ”, müdafiə olunan isə ev sahibləri idi. Ancaq təmsilçimizin bu təzyiqi nəhayət bəhrəsini verdi.

Oyunun 57-ci dəqiqəsində Ansi Aqollinin sol cinahdan ötürməsini tək toxunuşla tora qovuşduran Reynaldo hesabı açdı.

Matçın gedişində hər iki komandanın bir neçə dəfə cəhdi olsa da oyunda başqa qol olmadı.

Beləliklə, səfərdə qalib gələn Qurban Qurbanovun yetirmələri növbəti mərhələyə yüksəliblər.

III mərhələdə isə rəqib Şotlandiyanın “Seltik” klubu olacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

"Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan) - 0:1

Qol:Reynaldo, 56

Baş hakim: Georgi Kabakov

Yan xətt hakimləri: Martin Marqaritov, Martin Venev

Dördüncü hakim: Nikolay Yordanov (hamısı Bolqarıstan)

UEFA hakim-inspektoru: Françesko Byanki (İsveçrə)

UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya)

Petrovaç. “Pod Malım Brdom” stadionu

“Rudar”:1. Miloş Radanoviç, 3. Corce Curiç, 11. Duşan Nesteroviç, 15. Jivkoviç, 16. Miroye İovanoviç, 17. Mirko Radisiç, 9. İvan Knejeviç, 14. Predraq Brnoviç, 20. Nedelko Blaxoviç, 8. Marko Vukoviç (18. Reyliç77), 10. İqor İvanoviç

Ehtiyat oyunçular:12. Marko Lazaroviç, 4. Vladan Qordiç, 7. Jelika Tomaşeviç, 13. Miliya Qoluboviç, 2. Alfons Soppo, 18. Stefan Relyiç, 6. Deyan Damyanoviç

Baş məşqçi:Mirko Mariç

“Qarabağ”:13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 64), 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Əl Harbi Əl Jedayui (77. Cavid Tağıyev, 56), 91. Coşqun Diniyev (11. Elvin Məmmədov, 79)

Ehtiyat oyunçular:1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 77. Cavid Tağıyev, 29. Raydel Pupon

Baş məşqçi:Qurban Qurbanov

İlk oyun – 0:0

OXŞAR XƏBƏRLƏR