"Qarabağ" - "Sileks" matçının hakimləri bəlli oldu

İDMAN
10:09 13.08.2020
449
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" (Şimali Makedoniya) matçının təyinatları bəlli olub. 

AZXEBER.COM-un məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yaroslav Kozıka yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirəcək. 

Görüşün hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq. 

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda gerçəkləşəcək və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.

OXŞAR XƏBƏRLƏR

X Mostbet