“Qarabağ” üçün son ümidlər də öldü - FOTO

İDMAN
13:56 15.12.2014
2354

Son ümidlər də öldü.

Azərbaycanın “Qarabağ” və İtaliyanın “İnter” futbol klubları arasında dekabrın 11-də Bakıda keçirilən və hakimin qalmaqallı qərarı ilə başa çatmış matçın taleyinə aydınlıq gəlib.

Bu gün UEFA Avropa Liqasının rəsmi Facebook səhifəsində Fransanın Nyon şəhərində baş tutacaq püşkatma mərasimində iştirak edəcək komandaların siyahısı təqdim olunub.

Həmin fotoşəkildən göründüyü kimi, artıq Ukraynanın “Dnepr” klubu pley-off mərhələsinin namizədləri arasındadır və beləliklə də, məlum olur ki, UEFA çexiyalı hakimin qəbul etdiyi qərarı dəyişməyib, “Qarabağ” Avroliqadan kənarda qalıb.//oxu.az

OXŞAR XƏBƏRLƏR