“Qarabağ” UEFA-ya şikayət edəcək

İDMAN
03:56 12.12.2014
1320
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşan “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, bu barədə apasport.az saytına Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib.
O bildirib ki, qitə futbol qurumuna müraciətə səbəb italiyalılarla görüşün son dəqiqələrində vurduqları təmiz qolun çexiyalı baş hakim Mioslav Zelinka tərəfindən hesaba alınmamasıdı:
“UEFA-ya müraciət etməyi planlaşdırırıq. Bu məqsədlə klubun vitse-prezidenti Tahir Gözəl və baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransı keçirəcək”.
Əsgərov bildirib ki, mətbuat konfransı bu gün saat 13:00-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR