"Qarabağ" və "Neftçi" arasındakı oyunların vaxtı bəlli oldu

İDMAN
18:34 21.07.2023
216
Azərbaycan Premyer Liqasında "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək oyunların vaxtı müəyyənləşib.
 
IX tura təsadüf edəcək ilk qarşılaşma 6-8 oktyabrda olacaq və "ağ-qaralar" son ölkə çempionunu qəbul edəcək.

Tərəflər arasında ikinci matç XVII turda (15-17 dekabr) gerçəkləşəcək. Bu dəfə "köhlən atlar" meydan sahibi qismində mübarizə aparacaq.

III dövrədəki Azərbaycan derbisi XXV-ci turda (1-3 mart), sonuncu görüş isə XXXIII turda (3-5 may) baş tutacaq.

Qeyd edək ki, Premyer Liqaya avqustun 4-də start veriləcək.
OXŞAR XƏBƏRLƏR