“Qarabağ” və “Qəbələ” nə qədər qazandı?

İDMAN
11:21 28.08.2015
5169

Ötən gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. 

AZXEBER.COM qafqazinfoya istinadən  xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərimiz "Qarabağ" "Yanq Boyz"u (İsveçrə), "Qəbələ" isə "Panatinaikos"u (Yunanıstan) mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə vəsiqə qazanıb.

Bununla bağlı hər iki klubumuza da UEFA-dan müəyyən məbləğ ödəniləcək. Lakin Avropa Liqasında 4 mərhələ keçən "Qəbələ"nin qazancı Ağdam təmsilçisindən çoхdur.

Belə ki, Şimal təmsilçisi mərhələlərə görə ardıcıl olaraq 120, 130, 140 və 150 min avro alacaq. Qrup mərhələsinə adladığına görə isə "qırmızı-qaralar"a 1,3 milyon avro ödəniləcək. Beləliklə, "Qəbələ" 1 milyon 840 min avro əldə edəcək.

"Qarabağ" Çempionlar Liqasında bir mərhələ keçib və 300 min avro qazanıb. Avropa Liqasının pley-off mərhələsinə görə 150 min, qrupa vəsiqəyə görə 1,3 milyon avro qazanacaq ağdamlıların ümumi gəliri 1 milyon 750 min avrodur.

OXŞAR XƏBƏRLƏR