“Qarabağ” yeni futbolçu transfer etdi - FOTO

İDMAN
22:17 19.08.2023
231

"Qarabağ" heyətini yeni qapıçı ilə gücləndirib.

Ağdam klubu rusiyalı Andrey Lunyovla müqavilə imzalayıb.

Məlumatı "atlılar”ın mətbuat xidməti yayıb. 31 yaşlı rusiyalı qapıçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, son olaraq Almaniyada "Bayer"in (Leverkuzen) formasını geyinmiş A.Lunyov iyulda sözügedən klubdan ayrılıb.

 


OXŞAR XƏBƏRLƏR