'Qarabağ' 'Zalsburq'u belə 'məhv etdi' - VİDEO

İDMAN
00:16 31.07.2014
2595

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zalsburq"u 2:1 hesabı ilə məğlub edən "Qarabağ"klubu tarixə düşüb.

AZXEBER.COM-un məlumatına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində qələbə qazanan ilkAzərbaycankomandası olub.

Buna qədər klublarımızdanyalnız "Bakı" və "Neftçi" ÇL-inIII təsnifat mərhələsində iştirak etsələr də, qələbəyə həsrət qalmışdılar. 2009/2010 mövsümündə "Ekranas" (Litva) səddini uğurla keçən "Bakı" III mərhələdə "Levski" (Bolqarıstan) klubunu üstələyə bilməmişdi (0:0, 0:2).2012/2013 mövsümündə isə səfərdə İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" cavab matçında son dəqiqələrdə qələbəni əldən vermişdi - 2:2. "Qarabağ" klubu isə Bakıda Avstriya çempionunu 2:1 hesabı ilə məğlub etməklə buuğursuz seriyaya son qoyub.

OXŞAR XƏBƏRLƏR