"Qarabağ" "Qalatasaray"ı qabaqladı

İDMAN
08:16 03.05.2011
1999
Xosep Qvardiolanın yetirmələri ötən ayla müqayisədə bir pillə irəliləyərək zirvəni ələ keçirib. “Barselona”nın aktivində 300 xal var.

“Barselona” klubunun əzəli rəqibi olan Madridin “Real” klubu 298 xalla reytinq siyahısının ikinci pilləsindədir. Portuqaliya çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş və Avroliqa turnirində uğurlu çıxışı ilə yadda qalan “Portu” isə 278 xalla üçüncüdür. Azərbaycan klublarından reytinq siyahısına yalnız “Qarabağ”ın adı daxil edilib. Ağdam təmsilçisi ötən reytinq siyahısı ilə müqayisədə 9 pillə irəliləyərək 209-cu sıraya yüksəlib.

“Qarabağ”ın aktivində 82 xal var. Təmsilçimiz “Everton”, “Fulhem”, “Qalatasaray”, “Bordo”, “Hamburq” kimi klubları üstələyir. Dünya klublarının reytinq siyahısında ilk on pillədə yer almış klubları nəzərinizə çatdırırıq:

1. “Barselona” (300 xal), 2. “Real” (298 xal), “Portu” (278 xal), 4. “Mançester Yunayted” (269 xal), 5. “İnter” (250 xal), 6. “İnternasional” (Braziliya, 238 xal), 7. “Vilyareal” (236 xal), 8. “Mançester Siti” (228 xal), 9. “Zenit” (217,5 xal), 10. PSJ (216 xal).

207. Trabzonspor Türkiyə - 83,0
209. FK "Qarabağ - Azərbaycan - 82,0
212. FK Rabotnički Skopje - Macedonia 81,5
214. Everton FC - England - 80,0
Galatasaray - Türkiyə - 80,0

OXŞAR XƏBƏRLƏR