"Qarabağ" UEFA reytinqini darmadağın etdi – CƏDVƏL

İDMAN
06:18 08.07.2011
2890
Bu, "Qarabağ"ın Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində evdə "Banga" üzərində qazandığı qələbə (3:0) sayəsində gerçəklə

Belə ki, Ağdam təmsilçisinin rəqibi üzərindəki möhtəşəm qələbəsi Azərbaycana daha 0,250 reytinq xalı qazandırıb. Lakin təəssüf ki, Avroliqanın birinci təsnifat mərhələsindəki digər təmsilçimiz AZAL bu mənada ölkəmizə heç nə qazandıra bilməyib. Belarus "Minsk"i ilə səfər matçında uduzan (1:2) "təyyarəçilər" sadəcə Bakıdakı heç-heçə sayəsində qazandıqları 0,125 reytinq xalı ilə təsəlli tapa bilərlər.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin ilk oyunları zamanı Azərbaycan 0,375 reytinq xalı qazanmışdı. Bundan 0,250-si "Qarabağ"ın, 0,125-i isə AZAL-ın payına düşmüşdü. Bu uğur sayəsində ölkəmiz ötən həftə UEFA reytinqində bir pillə irəliləməyə nail olmuşdu. Belə ki, Sloveniya təmsilçiləri daha zəif nəticə göstərdiyindən, Azərbaycan bu ölkəni qabaqlamağa nail olmuşdu.

"Qarabağ"ın ikinci matçında da qələbə qazanması isə Azərbaycanın Latviyanı da geridə qoymasına şərait yaradıb. Artıq ölkəmiz 36-cı pilləyə qalxıb.

Hazırda Azərbaycanın 5,457 reytinq xalı var. Onu da əlavə edək ki, klublarımızın istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0,125 xal verir. Bir sözlə, mümkün qədər çox qələbə qazanmaq lazımdır.

//azerisport.az

 

OXŞAR XƏBƏRLƏR