İkinci “altılıq”da ən maraqlı oyunlardan birində Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Simurq”la “Turan” üz-üzə gəliblər. Zaqataladakı görüşün taleyini 1 qol həll edib. Tovuzluların bu qələbəsi aşağı dəstəyə yuvarlanacaq 2-ci komanda ilə bağlı suala demək olar ki, aydınlıq gətirib. “Simurq”un 9 xallıq fərqi aradan qaldıracağı isə artıq inandırıcı görünmür.
AZAL-la “İnter” arasında paytaxt derbisinin taleyini də 1 qol həll edib. Bu matçda da legioner həlledici qolun müəllifi olub. “Təyyarəçilər” minimal hesablı qələbə ilə 4-cü pilləyə yüksəliblər.
Turun mərkəzi görüşü milli çempionatın daimi iştirakçıları “Neftçi” və “Qarabağ” arasında olub. Tur ərəfəsində bu komandaların ilk 2 pillədə yer almışdı ki, bu da matça marağı artırırdı. Rəqib qapısından 2 cavabsız qol keçirən paytaxt təmsilçisi məhz braziliyalılarının qolları sayəsində növbəti 3 xalı bayram etdi.
Bununla da Arif Əsədovun yetirmələri ən yaxın izləyicisi ilə xal fərqini 6-ya çatdırdı. Ağdamlılar isə 9 oyunluq qələbə seriyasının başa çatması ilə 2-ci pilləni də əldən verdi.
3 aprel
15:00. “Simurq” – “Turan” - 0:1
QOL: Georgi Beriaşvili, 10
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar 2:2, 1:1
16:00. AZAL – “İnter” - 1:0
QOL:Nuqzar Kvirtiya, 44
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 5:0, 1:1
16:00. “Neftçi” – “Qarabağ” - 2:0
QOLLAR: Rodriqinyo, 4, Flavinyo, 61
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 1:0
Turnir cədvəli
1 Neftçi 25 16 7 2 44-10 55
2 Xəzər Lənkəran 25 14 7 4 29-14 49
3 Qarabağ 25 15 3 7 33-16 48
4 AZAL 25 11 9 5 29-17 42
5 İnter 25 12 5 8 25-20 41
6 Bakı 25 9 8 8 29-23 35
7 Qəbələ 25 9 9 7 23-17 36
8 Muğan 25 8 7 10 18-26 31
9 Gəncə 25 5 10 10 24-30 25
10 Turan 25 6 6 13 20-35 24
11 Simurq 25 3 6 16 14-38 15
12 MOİK 25 1 5 19 7-49 8
Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15