"Qarabağın müstəqil olması və ya Ermənistana birləşdirilməsi yalnız bir halda mümkün olar ki..."

"Qarabağın müstəqil olması və ya Ermənistana birləşdirilməsi yalnız bir halda mümkün olar ki..."
MARAQLI
22:40 23.01.2011
1933
 - Azər bəy, Ermənistanda siyasi hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəkmi?

 - Siyasi hakimiyyət dəyişikliyi özlüyündə hələ heç nə demək deyildir. Mühüm olan həmişə hakimiyyətə hansı siyasi qüvvələrin gəlməsi məsələsidir. Belə ki, Ermənistanda da liberal, müasir düşüncəli siyasətçilərin hakimiyyətə gələrlərsə, bunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə müsbət təsirlərinin olacağını gözləmək olar.

Ümumilikdə isə, dünya siyasətində struktur ədalətisizliyin olmasını dərk etməliyik. Buna görə reallığı olduğu kimi qəbul etmək, amma eyni zamanda bu reallığı gələcək nəsillərə olduğu kimi saxlamamaq müdrikliyini göstərməliyik. Azərbaycan tərəfinin ərazilərin itirilməməsi ilə barışmamaq kimi prinsipial mövqeyi düzgündür. Ermənilər və bir çox dairələr də çox gözəl bilirlər ki, Qarabağın müstəqil olması və ya Ermənistana birləşdirilməsi yalnız bir halda mümkün olar ki, Azərbaycan xalqı və rəhbərliyi bununla razılaşsın. Azərbaycan bu məsələdə uzaqgörən siyasət sərgiləməli, iqtisadi, siyasi, regional baxımdan güclənməsini təmin etməlidir. Elə bir vəziyyət yaratmalıdır ki, kənar güclər Azərbaycansız regionun tərəqqisinin, xüsusən də Ermənistanın özünün inkişafının və regional sülhün mümkün olmamasını görsünlər. Bunu ilk olaraq ətrafdakılar dərk etsələr, sonra ermənilərin özləri də bu situasiyadan ən çox itirən məhz onların olmasını görəcəklər. Çünki bu gün dünya siyasətində ərazilərə hakim olmaq əsas deyil. Əsas amil resurslara malik olmaqdır. Resurslar, sadəcə, təbii ehtiyatlar da deyil, insan amili, təhsilin və digər sahələrin yüksək səviyyədə inkişafıdır. Bu istiqamətdə ciddi uğurlar yaxın 5-10 il ərzində münaqişə ilə məşğul olan böyük gücləri yeni fakt qarşısında qoya bilər.

 -Bu gün Almaniyanın siyasi-tədqiqat, ictimai dairələrində, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi Qafqazın ümümi təhlükəsizliyinə problem olaraq görürlərmi?

 -Təbii ki, Qarabağ münaqişəsi Almaniyada da böyük bir regional problem kimi qəbul edilir. Ümumilikdə isə, mən deyərdim ki, bu MDB məkanında ən mürəkkəb münaqişədir. Amma bölgə, xüsusən Azərbaycan çox mürəkkəb, müxtəlif güclərin maraq dairələrinin kəsişdiyi ölkə olduğuna görə kənar təsirlər münaqişənin həlli üçün əlverişli deyil. Azərbaycan tərəfi münaqişə nəticəsində xeyli ziyan çəkib ki, bu da ölkənin iqtisadi və siyasi həyatına təsirsiz ötüşməyib. Burada ürək açmayan məqam beynəlxalq güclərin işğalçı dövlətə açıq təzyiqlər etməməsidir. Türkiyədən başqa region dövlətləri də Ermənistanı işğalçı dövlət adlandırmayıb. Amma Gürcüstanla Rusiya arasında olan münaqişə zamanı biz fərqli vəziyyətlə rastlaşdıq. Rus qoşunları Cənubi Osetiya və Abxaziyadan əlavə olaraq digər gürcü ərazilərini də müvəqqəti işğal etmişdi. Amma Qərbin kəskin təzyiqləri nəticəsində Rusiya kimi böyük bir güc məcbur oldu ki, qoşunlarını tez bir zamanda həmin ərazilərdən geri çəksin. Ermənistana qarşı isə belə təzyiqləri görmürük. Bu da münaqişənin sülh yolu ilə həllinə maneə yaradan amillərdən biridir.

 -Hazırda Amerika və bəzi qərb ölkələrinin siyasi dairələri belə düşünürlər ki, Ermənistanı demokratikləşməsi və onu Rusiyanın təsir dairəsindən qismən olaraq çıxması, bu ölkənin xarici və daxili siyasətində ciddi dəyişiklərə səbəb olacaq?

 - Regionda baş verə biləcək istənilən geosiyasi dəyişiklik region ölkələrinin xarici və daxili siyasətinə təsirsiz ötüşməz. Regionda, o cümlədən Ermənistanda mümkün davamlı demokratikləşmə prosesi region ölkələri arasında əməkdaşlıq və habeləregiondakı münaqişələrin tezliklə həlli üçün əlverişli şərait yaradar. Ümumilikdə isə qəbul etməliyik ki, Rusiyanın siyasi iradəsinə zidd olaraq regiondakı münaqişələrin həllinə çalişmaq real olaraq mümkün deyil. Buna görə də, sülh prosesi gedişində elə şərtlərin yaranmasına çalışmaq lazımdır ki, Rusiya da münaqişə həllinin onun regiondakı maraqlarına uyğun olmasını görə bilsin.

 

Söhbətləşdi: Elnur Eltürk

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO