““Qarabağ”a çox qol vurmalıyıq” - “Atletiko”nun yarımmüdafiəçisi

““Qarabağ”a çox qol vurmalıyıq” - “Atletiko”nun yarımmüdafiəçisi
İDMAN
10:12 17.10.2017
1193
"Oyunun asan olmayacağını bilirik. Lakin biz öz oyunumuzu ortaya qoyub çoxluq qol vurmalıyıq”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ”la üz-üzə gələcək "Atletiko”nun futbolçusu Tomas Partey deyib.
 
Yarımmüdafiəçi əvvəlcə Azərbaycana adaptasiya olmaqdan danışıb. O bildirib ki, çətin proses olsa da, uyğunlaşıb yaxşı oyun göstərməlidirlər: "Hər şeyi düzgün etməliyik. Xırda detallara belə diqqət yetirmək lazımdır. Biz baş məşqçiyə qulaq asmalıyıq. Onun tapşırıqları əsasında gözəl oyun ortaya qoymalıyıq”.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq.
 
 qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR