“Qarabağ”a məğlub olmaqdansa, “Mançester Yunayted”ə 4-5 qolla uduzmaq yaxşıdır"

“Qarabağ”a məğlub olmaqdansa, “Mançester Yunayted”ə 4-5 qolla uduzmaq yaxşıdır"
İDMAN
13:24 03.09.2019
3332
"Sevilya” əlbəttə ki, əla komandadır. Belə rəqiblə qarşılaşmağa ehtiyacımız var. Qurpdakı digər iki komandaya gəlincə isə başqa rəqiblər olsaydı, daha yaxşı olardı”.

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Lüksemburqun "Düdelanj” klubunun üzvü Dominik Stolz deyib.
 

Almaniyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində qrupun aşkar autsayderi olduqlarını etiraf edib: "2016-cı ildə Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ”a qarşı oynamışıq. Bir il sonra isə APOEL-lə qarşılaşdıq. Hər iki rəqibə uduzduq və Çempionlar Liqası ilə vidalaşdıq. Buna görə də püşkdə bizə başqa rəqiblərin düşməsi daha yaxşı olardı. 

Bizim qrupda uğurlu çıxış edəcəyimizi düşünənlər var. Məncə, bu, şişirdilir. APOEL-in "Ayaks”a qarşı necə mübarizə apardığını, "Qarabağ”ın necə hücumlar qurduğunu gördük. Bunu çoxları bilmir”.

D.Stolz qeyd edib ki, "Mançester Yunayted”lə bir qrupa düşsələr, daha yaxşı olardı. O, böyük klublarla görüşdə nəticənin əhəmiyyətli olmadığını bildirib: "Qarabağ” və APOEL-ə 0:2 hesabı ilə uduza bilərik. Ancaq mən "Mançester Yunayted”lə qarşılaşmanı daha üstün tuturam. Hətta 4-5 qolla uduzsaq belə. Heç olmasa həyatımda ilk dəfə "Arzular teatırında” ("Old Trafford) oynayardım”. 
OXŞAR XƏBƏRLƏR