Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə Qarabağa səfərin ilk günündən görüntülər paylaşıb.
AZXEBER.COM xəbər verir ki, H.Hacıyev "X” hesabında etdiyi paylaşımda ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə bu gün Ağdərə və Kəlbəcərə səfərin baş tutacağını da bildirib.
Xatırladaq ki, sentyabrın 11-də xarici diplomatlar Şuşa və Xankəndi şəhərlərində olublar.
1st Day of our visit to Shusha and Khankandi with the diplomatic corps. Now we are traveling to Agdara and Kalbajar. https://t.co/W92uIhm2Lo
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 12, 2026











































