Qarabağda ermənilərin təxribata əl atdığı ərazidən görüntülər - VİDEO

Qarabağda ermənilərin təxribata əl atdığı ərazidən görüntülər - VİDEO
SİYASƏT
16:01 06.03.2023
303
Baku TV-nin Şuşaya ezam olunmuş əməkdaşı Fərdin İsazadə Laçın-Xankəndi yolundakı son vəziyyətdən danışıb.

O, qeyd edib ki, sözügedən yolda keçirilən aksiya artıq öz bəhrəsini verib.

"Separatçılar bu ərazilərə silah-sursat gətirməkdə çətinlik çəkdikləri üçün sözügedən torpaq yoldan istifadə etmək məcburiyyətində qalıblar”, - deyə F.İsazadə əlavə edib.

Canlı bağlantı zamanı Qarabağa silah-sursat daşıyan separatçılarla insidentin baş verdiyi yoldan görüntülər də yayımlanıb.
 

OXŞAR XƏBƏRLƏR